N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

MAQATE İranda yoxlamalara qayıdıb, lakin bütün obyektlərə giriş yoxdur – Qrossi

15-dekabr-2025
Turan Hüseynli
MAQATE İranda yoxlamalara qayıdıb, lakin bütün obyektlərə giriş yoxdur – Qrossi
Yazı Ölçüsü:

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranda inspeksiyaları bərpa edib, lakin əsas obyektlərə çıxış hələ də mümkün deyil.

"PostMedia" xəbə verir ki, bu barədə "RİA Novosti"yə Agentliyin baş direktoru Rafael Qrossi bildirib.

“Bu, hazırda İranla bağlı qarşımızda duran ən vacib məsələdir”, – deyə Qrossi, iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra inspeksiyaların bərpasında real irəliləyişin olub-olmaması və MAQATE mütəxəssislərinin Natanz, İsfahan və Fordo obyektlərinə nə vaxt yenidən daxil ola biləcəyi ilə bağlı suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, Agentlik inspeksiya fəaliyyətini bərpa etməyə nail olub, lakin bu fəaliyyət çox məhduddur.

“Biz yalnız zərbələrə məruz qalmayan obyektlərə buraxılırıq. Bu müsbət haldır, çünki həmin obyektlər yoxlanılmalı olan razılaşdırılmış siyahıya daxildir və bu bizim üçün vacibdir. Amma təbii ki, Natanz, İsfahan və Fordodakı digər üç obyekt daha önəmlidir, çünki orada hələ də böyük həcmdə nüvə materialları və avadanlıqlar mövcuddur və bizim ora qayıtmağımız zəruridir”, – deyə MAQATE rəhbəri izah edib.

Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İranın gizli hərbi-nüvə proqramı həyata keçirdiyini iddia edərək bu ölkəyə qarşı əməliyyata başlayıb. Hava zərbələri və diversiya qruplarının reydləri atom obyektlərini, yüksək rütbəli hərbçiləri, tanınmış nüvə fiziklərini və aviabazaları hədəf alıb.

İran bu ittihamları rədd edərək cavab hücumları həyata keçirib. Tərəflər 12 gün ərzində qarşılıqlı zərbələr endirib, bu prosesə ABŞ da qoşularaq iyunun 22-nə keçən gecə İranın nüvə obyektlərinə bir dəfəlik zərbə endirib. Bundan sonra Tehran iyunun 23-ü axşam saatlarında ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd bazasına raket zərbələri endirib və daha geniş eskalasiyaya getmək niyyətində olmadığını bəyan edib.

Kateqoriyalar