6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Aşqabadda yalnız Ermənistan və Gürcüstan nümayəndələri rus dilində danışmırdılar – Putinin köməkçisi

12-dekabr-2025, 17:26
Aşqabadda yalnız Ermənistan və Gürcüstan nümayəndələri rus dilində danışmırdılar – Putinin köməkçisi
Yazı Ölçüsü:

Aşqabadda keçirilən beynəlxalq forumda MDB ölkələrinin nümayəndə heyətlərinin əksəriyyəti bir-biri ilə rus dilində ünsiyyət qururdu.

"PostMedia" xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, rus dilindən yalnız Gürcüstan və Ermənistanın nümayəndələri istifadə etmirdilər.

Qeyd edək ki, Türkmənistanın paytaxtı Aşqabadda dekabrın 12-də Sülh və Etimadın Beynəlxalq İlina, Neytrallıq Gününə və ölkənin daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930