6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Türkiyə Odesada öz gəmisinin atəşə tutulmasına reaksiya verib

12-dekabr-2025, 23:12
Türkiyə Odesada öz gəmisinin atəşə tutulmasına reaksiya verib
Yazı Ölçüsü:

Türkiyənin Xarici İşlər Nazirliyi 12 dekabrda Ukraynanın Çernomorsk limanına hücum zamanı türk şirkətinə məxsus, xarici bayraq altında üzən gəminin zədələnməsi ilə bağlı bəyanat yayıb.

"PostMedia" xəbər veirr ki, bəyanatda deyilir:
“Regionumuzda davam edən və Qara dənizə qədər genişlənmiş müharibə, dəniz təhlükəsizliyi və naviqasiya azadlığı ilə bağlı əvvəllər ifadə etdiyimiz narahatlıqların haqlı olduğunu bir daha təsdiqləyir.”

İlkin məlumata görə, gəminin heyəti və yük avtomobillərinin sürücüləri təxliyə olunub. Həlak olan yoxdur. Türkiyənin Odessadakı konsulluğu vəziyyəti yaxından izləyir və vətəndaşlara lazımi dəstəyi göstərir.

Biz bu fürsətdən istifadə edərək bir daha Rusiya və Ukrayna arasında müharibənin tezliklə dayandırılmasının əhəmiyyətini vurğulayır və münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də hər iki tərəfin enerji və liman infrastrukturuna hücumların dayandırılması üçün tədbirlər görülməsinin vacibliyini xatırladırıq”.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930