N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ, Ukrayna, Fransa və Böyük Britaniya rəsmiləri Parisdə Trampın sülh planını müzakirə edəcək – Axios

11-dekabr-2025
Turan Hüseynli
ABŞ, Ukrayna, Fransa və Böyük Britaniya rəsmiləri Parisdə Trampın sülh planını müzakirə edəcək – Axios
Yazı Ölçüsü:

ABŞ-nin yüksək vəzifəli rəsmiləri bu şənbə günü Parisdə Ukrayna, Fransa, Almaniya və Böyük Britaniyanın rəsmiləri ilə görüşəcəklər.

"PostMedia" xəbə verir ki, bu barədə "Axios"a Ağ Evin sözçüsü və ukraynalı rəsmilər məlumat veriblər. Görüşün məqsədi  Prezident Donald Trampın Ukrayna üzrə hazırladığı 20 bəndlik sülh planı üzrə konsensus tpmaqdır.

Görüş transatlantik gərginliyin fonunda keçirilir. Məlumata görə, Vaşinqton Kiyevə Trampın planını tez bir zamanda qəbul etməsi üçün artan təzyiq göstərir. Plan əhəmiyyətli ərazi itkiləri və digər güzəştlər nəzərdə tutur. Avropa ölkələri isə daha səbirli yanaşmaya çağırır, bu isə həm Kiyevi sakitləşdirməyə xidmət edir, həm də Vaşinqtonda bəzi dairələrin narazılığına səbəb olur.

Paris görüşü Trampın Fransa prezidenti Emmanuel Makron, Almaniyanın kansleri Fridrix Merz və Böyük Britaniyanın baş naziri Keyr Starmerlə apardığı telefon danışığından sonra təşkil olunub.

Merz bildirib ki, Avropa liderləri Trampa açıq şəkildə deyiblər - yalnız Ukrayna öz ərazi taleyi ilə bağlı qərar verə bilər. Onun sözlərinə görə, danışıq konstruktiv olub. Tramp isə əksinə, müzakirələrin “kifayət qədər sərt ifadələrlə” aparıldığını deyib.

"Axios" yazır ki, hərçənd dörd ölkə danışıqlara milli təhlükəsizlik müşavirləri səviyyəsində qatılacaq, ABŞ-nin dövlət katibi və Trampın milli təhlükəsizlik müşaviri Marko Rubionun iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Rubio üç həftə əvvəl Cenevrədə ABŞ-Ukrayna danışıqlarına rəhbərlik etmişdi, lakin son raundlara Trampın səfiri Stiv Uitkoff və prezidentin kürəkəni, və müşaviri Cared Kuşner rəhbərlik edib.

Zelenski və Avropa liderləri Trampla birgə telefon danışığı aparmaq istəyirlər, lakin hələlik belə bir görüş planlaşdırılmayıb. Çərşənbə günü Ukrayna tərəfi ABŞ-nin son sülh planına ətraflı cavab göndərib. Ukraynalı rəsmilərin sözlərinə görə, yeni cavab sənədi ərazi məsələsi və Zaporojye Atom Elektrik Stansiyasının statusu kimi çətin mövzuların həlli üçün yeni təkliflər ehtiva edir.

Kateqoriyalar