Ukrayna Prezidenti Volodimir Zelenski Ali Rada nümayəndələri ilə ölkədə davam edən müharibənin fonunda prezident seçkilərinin keçirilməsi imkanını müzakirə edib və deputatların bu məsələ üzrə təqdim edəcəkləri təklifləri gözlədiyini bildirib.
"PostMedia" bu barədə Ukrayna mediasına istinadən xəbər verir.
Məlumata görə, Zelenski deputatlarla danışdığını və bütün addımlar hüquqi çərçivədə atılacaq:
“Bu gün Ali Radanın nümayəndələri ilə danışdım. Əhatəli və konkret müzakirə apardıq. Ukraynaya qarşı heç bir manipulyasiyaya imkan verməyəcəyəm. Əgər tərəfdaşlarımız, o cümlədən Vaşinqtondakı əsas tərəfdaşlarımız Ukraynada seçkilərdən və hərbi vəziyyət şəraitində seçkilərin hüquqi rejimindən bu qədər açıq danışırlarsa, biz də hər sual və hər şübhəyə aydın, hüquqi cavab verməliyik. Bu asan deyil, amma bu mövzu ətrafında təzyiq bizə lazım deyil. Ukraynanın xalq deputatlarının öz baxış bucaqlarını təqdim etmələrini gözləyirəm”.
Prezident qeyd edib ki, təhlükəsizliklə bağlı çağırışlar Qərb tərəfdaşlarından asılıdır, lakin siyasi və hüquqi məsələlərə cavab vermək Ukraynanın öhdəliyidir və “bu cavab veriləcək”.
Xatırladaq ki, Zelenski bir neçə gün əvvəl 60–90 gün ərzində ölkədə seçkilərin keçirilməsinə hazır olduğunu bəyan etmişdi — şərt o idi ki, səsvermənin təhlükəsizliyi tam təmin olunsun.