ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski “realist olmalıdır”, çünki ölkədə “kütləvi korrupsiya” hökm sürür və artıq seçkilərin vaxtı çatıb.
"PostMedia"nın məlumatına görə, jurnalistin ona ünvanladığı “Zelenskiyə nəyi nəzərdə tutaraq qərar verməlidir dediniz?” sualına cavab verən Tramp qeyd edib ki, Zelenski real vəziyyəti qiymətləndirməlidir.
Trampın sözlərinə görə, Ukrayna uzun müddətdir seçki keçirmir və xalqın böyük hissəsi müharibənin nizamlanmasını istəyir:
“Düşünürəm ki, o, realist olmalıdır. Mən həqiqətən də maraqlanıram: seçkilərə nə qədər vaxt qaldı? Bu, demokratiyadır. Onlar uzun müddətdir seçki keçirmirlər. Çox insan itirirlər. Soraq aparılsa, deyərdim ki, ukraynalıların 82%-i nizamlanma tələb edir. Ukrayna xalqı vəziyyətin həllini görmək istəyir”.
Prezident əlavə edib ki, Ukraynada ciddi miqyasda korrupsiya mövcuddur:
“Mən heç kimi ittiham etmirəm, amma orada həqiqətən də kütləvi korrupsiya var. İnsanlar sual edir: seçkilər nə vaxt olacaq? Seçki keçirməyi düşünürlər, yoxsa hər şey əvvəlki kimi davam edəcək? Məncə, artıq bu müharibəni nizamlamağın vaxtıdır və buna nail olmaq mümkündür, amma ‘tango’ oynamaq üçün iki nəfər lazımdır”.