N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Zelenski Ukraynada seçkilərlə bağlı Trampın bəyanatına cavab verib

09-dekabr-2025
Turan Hüseynli
Zelenski Ukraynada seçkilərlə bağlı Trampın bəyanatına cavab verib
Yazı Ölçüsü:
Ukraynanın Prezidenti Volodimir Zelenski "La Repubblica" nəşrinə müsahibəsində ABŞ Prezidenti Donald Trampın Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığı barədə dediklərinə münasibət bildirib.
"PostMedia" xəbər verir ki, Roma səfəri zamanı adətən qaldığı Parioli bölgəsindəki oteldən çıxarkən Zelenski jurnalistlərin sualına cavab olaraq deyib:
“Mən həmişə buna hazıram”.
İtaliyanın baş naziri Corca Meloni ilə ikitərəfli görüşün mövzusuna toxunan Zelenski əlavə edib:
“Mən ona inanıram. O, bizə kömək edəcək”.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp "Politico"ya müsahibəsində Ukraynada prezident seçkilərinin keçirilməsini dəstəklədiyini demişdi:
“Məncə, vaxtı çatıb. Bu, seçkilər üçün mühüm zamandır. Onlar müharibədən seçkilərdən yayınmaq üçün istifadə edirlər, amma düşünürəm ki, ukraynalı xalq seçim etmək imkanı əldə etməlidir. Bəlkə də Zelenski qalib gələr”.
Tramp həmçinin qeyd edib ki, Ukraynada “çox uzun müddətdir” prezident seçkiləri keçirilməyib:
“Bilirsiniz, onlar demokratiyadan danışırlar, amma bir nöqtədən sonra bu, artıq demokratiya olmur”.
Ukrayna qanunvericiliyinə əsasən, hərbi vəziyyət dövründə seçkilər – o cümlədən prezident və parlament seçkiləri – dayandırılır. Hərbi vəziyyət Ukraynada 2022-ci ilin fevralında Rusiya işğalından sonra elan edilib və mütəmadi olaraq uzadılır.
Kateqoriyalar