6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ukrayna Prezidenti bu həftə Avropa liderləri ilə görüşəcək

08-dekabr-2025, 22:51
Ukrayna Prezidenti bu həftə Avropa liderləri ilə görüşəcək
Yazı Ölçüsü:

Ukraynanın prezidenti Volodimir Zelenski bu həftə Avropa müttəfiqləri ilə yeni görüşlərin keçiriləcəyini açıqlayıb.

PostMedia” UNIAN-a istinadən xəbər verir ki, o, yaxın günlərdə “könüllülər koalisiyası”nın geniş tərkibli toplantısının baş tutacağını bildirib.

Zelenski əlavə edib ki, Ukrayna Avropa İttifaqından reparasiya krediti alacağına ümid edir.

“Brüsselə uçuruq və orada Ursula fon der Leyen, Antonio Koşta və Mark Rutte ilə görüşəcəyik. Ediləcək ödənişlər barəsində qərarı Avropa Komissiyası verəcək.

Biz bu maliyyəyə ümid edirik, amma hər şey Avropadan asılıdır. Əminəm ki, məsələ həllini tapacaq”, – deyə Ukrayna lideri vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930