N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Makron “Spiegel”in iddiasını təkzib edib

05-dekabr-2025
Amin Şükür
Makron “Spiegel”in iddiasını təkzib edib
Yazı Ölçüsü:

Fransa Prezidenti Emmanuel Makron alman “Spiegel” jurnalında yayılan məlumatı təkzib edib.

"PostMedia"nın məlumatına görə, nəşr iddia edirdi ki, Makron Avropa liderləri ilə söhbətdə ABŞ-nin Ukrayna ilə bağlı ərazi məsələsində təhlükəsizlik təminatları olmadan Kiyevə “xəyanət edə biləcəyini” deyib.

Fransa lideri bu məlumatın həqiqətə uyğun olmadığını bildirərək onu “tamamilə əsassız” adlandırıb.

Makron Çin səfəri zamanı jurnalistlərə açıqlamasında qeyd edib ki, Ukrayna məsələsində ABŞ və Avropa arasında birlik vacibdir və tərəflər arasında etimadsızlıq yoxdur. Onun sözlərinə görə, Ukraynada münaqişənin həlli üçün Avropa və ABŞ birgə işləməlidirlər.

Fransa Prezidenti əlavə edib ki, Avropa ABŞ-yə ehtiyac duyur, çünki Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi və Rusiya aktivlərinin böyük hissəsinin məhz Avropada dondurulması məsuliyyəti Avropa ölkələrinin üzərinə düşür.

Qeyd edək ki, “Spiegel” dekabrın 4-də Ukrayna Prezidenti Zelenski ilə Avropalı liderlər arasında keçirilmiş gizli telefon danışığının fraqmentlərini dərc etmişdi. Jurnal həmin fraqmentlərdən Avropanın Ukrayna məsələsində ABŞ-a tam etibar etmədiyi qənaətinə gəlmək olacağını yazırdı. Danışıqlarda Almaniya kansleri Fridrix Mers, Fransa Prezidenti Emmanuel Makron, NATO baş katibi Mark Rutte, Finlandiya Prezidenti Aleksandr Stubb və Ukrayna lideri Zelenski iştirak ediblər.

Kateqoriyalar