6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiya ABŞ-nin Ukrayna ilə bağlı təklifləri üzərində ciddi işləməyə hazırdır – Peskov

05-dekabr-2025, 18:59
Rusiya ABŞ-nin Ukrayna ilə bağlı təklifləri üzərində ciddi işləməyə hazırdır – Peskov
Yazı Ölçüsü:

Moskva ABŞ Prezidenti Donald Trampın komandası tərəfindən hazırlanan Ukrayna nizamlanmasına dair sənəd layihəsi üzərində ciddi işə hazırdır.

"PostMedia" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Nyu-Delhi"yə verdiyi müsahibədə bildirib.

 Onun sözlərinə görə, Rusiya danışıqlara açıqdır və prosesin davam etdirilməsində maraqlıdır.

Peskov qeyd edib ki, Rusiya öz maraqlarını müdafiə etmək üçün bütün mümkün addımları atacaq və Ukraynada məqsədlər diplomatik yolla əldə olunmasa, xüsusi hərbi əməliyyat davam etdiriləcək. O həmçinin vurğulayıb ki, Moskva Hindistanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir.

Müsahibə Vladimir Putinin iki günlük rəsmi səfər çərçivəsində Hindistana gəlişindən sonra yayımlanıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930