N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Moskva və Yeni Dehli rus silahlarının servisi və ölkənin müdafiə tələbləri üçün birgə müəssisələr yaradacaq

05-dekabr-2025
Türkan Nəbi
Moskva və Yeni Dehli rus silahlarının servisi və ölkənin müdafiə tələbləri üçün birgə müəssisələr yaradacaq
Yazı Ölçüsü:
Rusiya Prezidenti Vladimir Putin və Hindistan Baş naziri Narendra Modi iki ölkə arasında siyasi, strateji və hərbi məsələləri, təhlükəsizlik, ticarət və investisiyalar, energetika, elm, kosmos, sülh məqsədli nüvə enerjisi, mədəniyyət, təhsil və humanitar əməkdaşlığı əhatə edən strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər.
"PostMedia" xəbər verir ki, Putinin Yeni Dehli səfərindən sonra 70 maddədən ibarət birgə bəyanat yayımlanıb.
Xüsusilə, hərbi-texniki əməkdaşlıq sahəsində “tərəflər Hindistanda rus silah və hərbi texnikasının servisi üçün nəzərdə tutulmuş ehtiyat hissələrin, komponentlərin, montaj və digər məhsulların birgə istehsalını təşviq etməyi razılaşdırıblar.
Bu, “Made in India” proqramı çərçivəsində texnologiyaların transferi, Hindistan Silahlı Qüvvələrinin ehtiyaclarının təmin edilməsi və dost üçüncü ölkələrə gələcək ixrac üçün birgə müəssisələrin yaradılması məqsədini daşıyır.
Rusiya və Hindistan ikitərəfli ticarəti genişləndirmək, sənaye əməkdaşlığını gücləndirmək, milli valyutalarda hesablaşmaları və logistika əlaqələrini inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər. Buraya Şimal-Cənub və Çennai-Vladivostok nəqliyyat dəhlizləri, eləcə də Şimal dəniz marşrutu daxildir.
Bəyanatda nüvə enerjisi sahəsində əməkdaşlıq, o cümlədən “Kudankulam” Atom Elektrik Stansiyası, kosmos tədqiqatları (Roskosmos və Hindistan Kosmik Tədqiqatlar Təşkilatı vasitəsilə) və mədəni-humanitar mübadilələr xüsusi vurğulanıb.
Səfərin sonunda Putin Modiyə qonaqpərvərliyinə görə təşəkkür edib və onu gələn il Rusiyada keçiriləcək Rusiya-Hindistan 24-cü Zirvə Görüşünə qatılmağa dəvət edib.
Rusiya Prezidentinin Hindistana dövlət səfəri dekabrın 4-də başlayıb və bu gün başa çatacaq. Modi ilə danışıqlar iki saatdan çox davam edib və hər iki tərəf görüşün nəticələrindən razılıq ifadə edib. Putin həmçinin Rusiya-Hindistan Biznes Forumunun plenar iclasında iştirak edəcək.
Kateqoriyalar