N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Belarusun hərəkətləri terror aktı kimi tanınmalıdır – Litvanın baş naziri

04-dekabr-2025
Turan Hüseynli
Belarusun hərəkətləri terror aktı kimi tanınmalıdır – Litvanın baş naziri
Yazı Ölçüsü:

Litva Baş naziri İnqa Ruginyene bildirib ki, ABŞ Litvaya Belarusda qalan yük daşıyan traktorları geri qaytarmaq cəhdlərində dəstək verəcəyini təsdiq edib.

"PostMedia" bu barəəd "Delfi"yə istinadən xəbər verir..

Nazirin sözlərinə görə, ABŞ tərəfi ilə artıq Minskdəki hibrid hücumların terror aktı kimi tanınması mövzusunda müzakirələr aparılır.

«Amerikalılarla artıq birbaşa danışığımdan məmnunam. Böyük ümidim var ki, tezliklə üzbəüz görüşəcəyik. Hesab edirəm ki, müzakirə edəcək çox mövzumuz var. Hazırkı vəziyyətə görə, amerikalılardan dəstək gözləyirik. Heç kimin qəbul edə bilməyəcəyi hal odur ki, Belarus hazırda yük daşıyan maşınlarımızı girov saxlayır və Meteozondlar bizim strateji obyektlərimizə uçur. Biz bu hərəkətlərin terror aktı kimi tanınması məsələsini müzakirə edirik", – deyə Ruginyene jurnalistlərə bildirib.

Finlandiyanın "Finnair" aviaşirkəti Vilnusdan Helsinkiyə olan bir gecə uçuşunu ləğv etdiyini artıq açıqlayıb. Bu qərar 2026-cı ilin sonunadək qüvvədə olacaq.

Baş nazirin sözlərinə görə, Litva aviaşirkətlərə Kaunas şəhərinə uçuşların köçürülməsi üçün üstün şərtlər təklif edib, lakin son qərarı aviaşirkətlər verməlidir.

«Aviaşirkətlər marşrutlarını dəyişib dəyişməməklə bağlı qərar verirlər. Bəziləri dəyişiklikləri qəbul edir, bir qismi ciddi şəkildə Kaunasa köçürülməyi nəzərdən keçirir, digərləri isə cədvəlləri dəqiqləşdirir", – Ruginyene qeyd edib.

"Əsas məqsədimiz aviaşirkətlər üçün güzəştlər və əlverişli şərtlər təklif etməkdir ki, onlar üçün rahat olsun. Maliyyə yükünü isə onlarla bölüşməliyik", – o əlavə edib.

Qaçaqmalçılıq səbəbindən Vilnyus hava limanı artıq ikinci ay gecə vaxtı bağlanır. Hava limanı sonuncu dəfə cümə axşamı axşamı bağlanıb, eləcə də keçən bazar günü kütləvi hücum qeydə alınıb.

Kateqoriyalar