N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Yeddi uşaq Ukraynaya geri qaytarılıb – Melaniya Tramp

04-dekabr-2025
Türkan Nəbi
Yeddi uşaq Ukraynaya geri qaytarılıb – Melaniya Tramp
Yazı Ölçüsü:

ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib ki, yeddi ukraynalı uşaq Rusiya tərəfindən öz ailələrinin yanına geri qaytarılıb və bu, iki ölkə arasında əməkdaşlığın bir nümunəsidir.

"PostMedia" xəbər verir ki, bu məlumatı "Reuters" agentliyi yayıb.

Melaniya Tramp uşaqların Rusiyadan vətənə qaytarılmasını prioritet hesab etdiyini qeyd edib. Oktyabr ayında o, Rusiya Prezidenti Vladimir Putin ilə açıq əlaqə saxladığını və bəzi uşaqların artıq ailələrinə qaytarıldığını, qalanların isə yaxın zamanda birləşdiriləcəyini açıqlamışdı. Onun sözlərinə görə, son geri qaytarılan uşaqlar arasında altı oğlan və bir qız var.

“Uşaqları və ailələri yenidən birləşdirmək üçün Rusiyanın və Ukraynanın rəhbərliyinin və səylərinin yüksək qiymətləndirirəm. Onların körpülər yaratmaq istiqamətində göstərdikləri səylər əməkdaşlıq mühitini formalaşdırıb və optimizm yaradır. Ümid edirəm ki, nəticədə birgə səylərimiz regionda daha böyük sabitliyə gətirib çıxaracaq,” – deyə Tramp açıqlamasında bildirib.

Ukrayna Rusiya ilə 2022-ci ilin fevralında başlamış hərbi əməliyyatlardan sonra ən azı 19 min uşağın Rusiya və ya Rusiya tərəfindən işğal olunmuş ərazilərə aparılmasında iştirakda ittiham edir və bunu ailələrinin və ya qəyyumlarının razılığı olmadan edib.

Rusiya isə ukraynalı uşaqların aparılması ilə bağlı xəbərləri dəfələrlə təkzib edib və bunun uşaqları müharibənin təhlükəsindən qorumaq məqsədi daşıdığını iddia edib. ABŞ da digər onlarla ölkə kimi BMT Baş Assambleyasında səs verərək Rusiyadan bütün zorla aparılmış ukraynalı uşaqları dərhal, təhlükəsiz və şərtsiz qaytarmağı tələb edib.

Kateqoriyalar