N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Braziliyalı milyarder Maduroya istefa razı salmaq üçün Venesuelaya gedib

04-dekabr-2025
Turan Hüseynli
Braziliyalı milyarder Maduroya istefa razı salmaq üçün Venesuelaya gedib
Yazı Ölçüsü:
Dünyanın ən böyük ət emalı şirkətlərindən biri olan "JBS NV" imperiyasının həmsahibi, braziliyalı milyarder Jozeli Batistan ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə Venesuela hökuməti arasındakı siyasi gərginliyi azaltmaq üçün vasitəçi rolunda çıxış edir.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məsələyə yaxın mənbələrin bildirdiyinə görə, Batistan ötən həftə Karakasa səfər edərək prezident Nikolás Maduronu Trampın istefa çağırışına əməl etməyə və hakimiyyətin dinc şəkildə təhvil verilməsinə razı salmağa çalışıb.
Mənbələr qeyd edir ki, Batista noyabrın 23-də Maduro ilə görüşüb. Bu görüş Trampın Venesuela liderinə zəng edərək ölkəni tərk etməklə bağlı çağırışından bir neçə gün sonra baş tutub.
Məlumatlara görə, Tramp administrasiyasının rəsmiləri Batistanın Karakasa səfərindən xəbərdar olsalar da, milyarder ABŞ adından rəsmi tapşırıqla getməyib. Səfəri tam olaraq şəxsi təşəbbüslə həyata keçirib.
"Bloomberg" yazır ki, bu il Batistanın rəhbərlik etdiyi "JBS" şirkəti ciddi müqavimətə baxmayaraq, korrupsiya qalmaqalları və Amazon meşələrinin qırılması ilə bağlı ittihamlardan sonra Nyu-York birjasında listinq üçün ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasından icazə alıb.
Batista ilin əvvəlində Donald Tramp ilə də görüşüb. Görüşün məqsədi ABŞ-yə mal ətinin idxal rüsumlarının aradan qaldırılması və Braziliya prezidenti Lula da Silva ilə münasibətlərin yaxşılaşdırılması olub.
"JBS" hazırda dünyanın ən böyük ət tədarükçüsüdür, təkcə ABŞ və Kanadada 70 mindən çox işçisi var.
Batista ailəsinin Venesuela ilə əlaqələri isə uzun illərə dayanır. Bir neçə il əvvəl "JBS" və Maduro hökuməti ölkədə qida çatışmazlığının və hiperinflyasiyanın pik vaxtında 2,1 milyard dollarlıq ət tədarükü müqaviləsi imzalamışdı.
Kateqoriyalar