6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ermənistan Prezidenti bir sıra ölkələrə səfirlər təyin edib

03-dekabr-2025, 23:28
Ermənistan Prezidenti bir sıra ölkələrə səfirlər təyin edib
Yazı Ölçüsü:

Ermənistan Prezidenti Vahagn Xaçaturyan bir neçə ölkədə yeni səfir təyinatları ilə bağlı fərmanlar imzalayıb.

“PostMedia” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Tzovinhar Hambardzumyan Bolqarıstandakı Ermənistan səfiri Hambardzumyan eyni zamanda Şimali Makedoniya üzrə səfir təyin edilib. Səfirliyin əsas fəaliyyəti əvvəlki kimi Sofiyada həyata keçiriləcək.

Eyni zamanda Armen Sarkisyan Misirdə Ermənistanın fövqəladə və səlahiyyətli səfiri olaraq Əlcəzairdə və Eritreyada da səfir səlahiyyətlərini icra edəcək. Onun iqamətgahı Qahirə olaraq qalır.

Həmçinin İndoneziyada Ermənistan səfiri kimi fəaliyyət göstərən Serob Bejanyan Bruney Darussalamda da səfir təyin olunub. Onun əsas yerləşmə yeri Cakarta olacaq.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031