6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Bu, düzgün ifadə deyil - Peskov

03-dekabr-2025, 19:45
Bu, düzgün ifadə deyil - Peskov
Yazı Ölçüsü:
Rusiya Prezident Vladimir Putin ABŞ-nin Ukrayna böhranının həlli ilə bağlı sülh planını rədd etməyib, bu düzgün ifadə deyil.
"PostMedia" xəbər verir ki, bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib: “Məsələ ondadır ki, belə bir birbaşa fikir mübadiləsi ilk dəfə baş tutdu. Dünən deyildiyi kimi, bəzi təkliflər qəbul edildi, bəziləri isə rədd edildi, yəni qəbul edilməz sayıldı. Bu, normal iş prosesidir, kompromisin axtarışıdır”.
O əlavə edib ki, “Moskva bu halda meqafon diplomatiyasının tərəfdarı deyil” və Kremlin müşahidəsinə görə, amerikalılar da eyni prinsipi izləyirlər.
Xatırladaq ki, ötən gün Putin Kremlin qəbulunda ABŞ prezidenti xüsusi nümayəndəsi Stiv Uitkof və Affinity Partners şirkətinin təsisçisi Jared Kuşnerlə görüşüb. Rusiya tərəfdən görüşdə Kiril Dmitriyev və prezidentin köməkçisi Yuri Uşakov iştirak edib.
Uşakovun sözlərinə görə, danışıqlarda konkret ifadələr müzakirə edilməyib, əsas mövzu ABŞ-nin sülh planının mahiyyəti olub. Kompromis variantı dərhal tapılmayıb: Rusiya bəzi təkliflərlə razılaşıb, bəzilərinə isə etiraz edib. Tərəflər razılaşıblar ki, danışıqların mahiyyəti açıqlanmasın.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930