N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Azərbaycandan rüşvət almaqda ittiham olunan konqresmeniı əfv edəcəyini açıqlayıb

03-dekabr-2025
Turan Hüseynli
Tramp Azərbaycandan rüşvət almaqda ittiham olunan konqresmeniı əfv edəcəyini açıqlayıb
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, keçən il rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə haqqında cinayət işi açılan Texas ştatından demokrat konqresmen Henri Kuelyara tam və qeyd-şərtsiz əfv təqdim edəcək.
"PostMedia" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Tramp "Truth Social"da paylaşım edərək demokratları “öz radikal sol gündəmlərinə qarşı çıxan hər kəsə hücum etməkdə, talan etməkdə, yalan deməkdə və məhv etməkdə” ittiham edib.
“Bütün bunlara əsasən, sevimli konqresmen Henri Kuelyara və onun həyat yoldaşı İmeldaya tam və qeyd-şərtsiz ƏFV təqdim edirəm”, – deyə Tramp bildirib.
Tramp əlavə edib: “Henri, mən səni tanımıram, amma bu gecə rahat yata bilərsən, kabusun bitdi”.
Konqresmen Kuelyar "X" sosial şəbəkəsində Trampa təşəkkür edərək yazıb: “Bu əfv bizə təmiz səhifə açır. Səs-küy bitdi, iş isə bizimlədir və mən bu işə davam edəcəyəm. Çox sağ olun, cənab prezident. Tanrı sizi və ABŞ-ni qorusun”.
Kuelyarın qızları – Kristina və Ketrin – Trampa məktubla müraciət edərək atalarının əfv olunmasını xahiş edib və bildirdiblər ki, “atasının müstəqilliyinə və dürüstlüyünə inandıqları üçün bu işin açılması onları dərindən narahat edib”.
Tramp həmin məktubu "Truth Social"da dərc edib.
Kuelyarın vəkillərindən Set Düşarm şərh verməkdən imtina edib. ABŞ Ədliyyə Nazirliyi isə məsələyə münasibət bildirməyib.
Henri Kuelyar və həyat yoldaşı İmelda 2024-cü ilin mayında ABŞ Ədliyyə Nazirliyi tərəfindən 14 maddə üzrə – o cümlədən rüşvət alma, elektron fırıldaqçılıq və çirkli pulların yuyulmasımaddələri ilə ittiham olunublar. İttihama görə, cütlük Azərbaycanın dövlət enerji şirkətindən və anonim Meksika bankından təxminən 600 min dollar rüşvət alıb.
Avqust ayında federal məhkəmə xarici agent kimi qeydiyyatdan yayınma ilə bağlı iki ittihamı ləğv edib.
Kateqoriyalar