6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Türkiyə Qara dənizdə gəmilərə hücumları qəbuledilməz adlandırır

02-dekabr-2025, 23:30
Türkiyə Qara dənizdə gəmilərə hücumları qəbuledilməz adlandırır
Yazı Ölçüsü:

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib ki, Türkiyə yaxınlığında gəmilərə edilən hücumlar qəti şəkildə qəbuledilməzdir və Qara dənizdə gəmiçilik üçün təhlükə yaradır.
“PostMedia” xəbər verir ki, o, bunu “Habertürk” kanalına müsahibəsində deyib.

"Bu hücumlar istər müstəsna iqtisadi zonamızda, istərsə də onun hüdudlarından kənarda tamamilə qəbuledilməzdir. Bundan başqa, onlar Qara dənizdə bütün dəniz nəqliyyatının təhlükəsizliyini təhdid edir. Bu cür hadisələr bütün ölkələrə mənfi təsir göstərəcək".
O, əlavə edib ki, Qara dənizdə logistikanın pozulması riski səbəbindən “Türkiyə bu məsələni bütün tərəflərlə müzakirə edir”.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031