N/A°C Bakı
1$ = 1.70₼
Dünya

Litva Belarusla yenidən sərhədlərini bağlaya bilər

02-dekabr-2025
Amin Şükür
Litva Belarusla yenidən sərhədlərini bağlaya bilər
Yazı Ölçüsü:

Litvanın Belarusla sərhədinin yenidən bağlanması mümkündür.

"PostMedia" xəbər verir ki, bu barədə Litvanın baş naziri İnqa Ruginyene deyib.

"Zərurət yarandıqda sərhədi bağlayacağıq", – baş nazir jurnalistlərə bildirib. "Amma əvvəlcə hərəkətlərimizi strateji tərəfdaşlarımızla koordinasiya edəcəyik".

Baş nazir çərşənbə günü ABŞ prezidentinin səfiri Con Koul ilə bu məsələni müzakirə etməyi planlaşdırır. Ruginyene qeyd edib ki, "biz yalnız qonşu ölkələr və Avropa Komissiyası ilə Belarus əleyhinə daha geniş sanksiyalar paketi barədə deyil, həm də amerikalı tərəfdaşlarımızla birgə hərəkətlər barədə dialoq aparırıq".

Litva–Belarus sərhədi Vilnüsün birtərəfli qərarı ilə oktyabrın 29-dan noyabrın 20-dək bağlanmışdı. Bu, Belarustan gələn siqaret yüklü meteoroloji zondların qaçaqmalçılar tərəfindən istifadə olunması səbəbindən baş verib və onlar mülki aviasiya uçuşlarının təhlükəsizliyini təhdid edirdi, nəticədə Vilnüs Beynəlxalq Hava Limanı müntəzəm olaraq bağlanmalı olurdu.

Kateqoriyalar