N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp sülh yarancağı təqdirdə Rusiyanın dondurulmuş aktivlərini geri qaytarmağı düşünür

02-dekabr-2025
Nigar Əliyeva
Tramp sülh yarancağı təqdirdə Rusiyanın dondurulmuş aktivlərini geri qaytarmağı düşünür
Yazı Ölçüsü:

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna müharibəsi başa çatacağı və sülh razılaşması əldə olunacağı təqdirdə Rusiyanın dondurulmuş aktivlərini geri qaytarmağı planlaşdırır.

"PostMedia" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata əsasən, amerikalı rəsmilər bu barədə hələ yay aylarında Brüsselin sanksiyalar üzrə nümayəndəsi Devid Osallivana məlumat veriblər.

Noyabrın ortalarında təqdim edilmiş ilkin sülh planında Rusiyaya məxsus 100 milyard dollarlıq aktivlərin Ukraynanın bərpası üçün istifadəsi nəzərdə tutulurdu. Sxemə əsasən, gəlirin 50%-i ABŞ-a çatmalı, Avropa isə əlavə 100 milyard dollar ayıraraq Ukrayna iqtisadiyyatına investisiyaları artırmalı idi. Aktivlərin qalan hissəsinin ABŞ-Rusiya layihələrində istifadə olunması planlaşdırılırdı. Avropa rəsmiləri bu təklifdən ciddi narazılıq bildiriblər. Daha sonra həmin maddə sənəddən çıxarılıb.

Paralel olaraq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 140 milyard avroluq “reparasiya krediti” verilməsini təklif edib. Lakin Avropa Mərkəzi Bankı belə kredit üçün zəmanət verməkdən imtina edib və bunun Avropa müqavilələrinə zidd olduğunu bildirib.

Belçika da bu mexanizmə qarşı çıxıb. Baş nazir Bart de Vever bildirib ki, əgər Rusiyanın hüquqi iddiası olarsa, ödənişlərin bir neçə gün ərzində həyata keçirilməsi üçün Eİ tərəfindən 140 milyard avrodan çox maliyyə təminatı olmalıdır.

Hazırda ABŞ və Aİ Rusiyanın təxminən 260 milyard avroluq aktivlərini dondurub. Onların böyük hissəsi, təxminən193 milyard avro Belçikadakı "Euroclear" depozitarında saxlanılır. Bu vəsaitlərin Ukraynaya yönəldilməsi ilə bağlı müzakirələr artıq dörd ildir davam edir.

Kateqoriyalar