6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Regionda kommunikasiyaların açılması üzrə yeni dördtərəfli format müzakirə olunur - Aİ

02-dekabr-2025, 16:28
Regionda kommunikasiyaların açılması üzrə yeni dördtərəfli format müzakirə olunur - Aİ
Yazı Ölçüsü:

"Ermənistan, Azərbaycan, Türkiyə və Aİ-nin iştirakı ilə regionda kommunikasiyaların açılması üzrə yeni dördtərəfli format müzakirə olunur".

"PostMedia" xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos dekabrın 2-də keçirilən Ermənistan–Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclasından sonra açıqlama verib.

O, deyib ki, hazırda Aİ Mərkəzi Asiya ilə ticarət əlaqələrinin genişləndirilməsi üzərində işləyir və bu prosesdə Ermənistan regional bağlantı gündəliyində mühüm rol oynayır.

Komissar Vəşinqtonda əldə olunmuş “tarixi razılaşmanın” regiona sülh gətirdiyini və tərəflər arasında daha sıx əməkdaşlığa yol açdığını vurğulayıb.

Marta Kos həmçinin energetika və rəqəmsal texnologiyalar kimi sahələrdə inkişafın iqtisadi sabitlik üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

“Avropa İttifaqı həm sülh sazişinin icrasına, həm də Ermənistanın "Sülh Çarpazlaşması" təşəbbüsünə dəstək verməyə hazırdır”.

Onun sözlərinə görə, hazırda regionda kommunikasiyaların açılması məqsədilə Ermənistan, Azərbaycan, Türkiyə və Aİ-nin iştirak etdiyi dördtərəfli format üzrə danışıqlar aparılır.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031