Serbiyada erkən parlament və prezident seçkiləri gələn il keçiriləcək
01-dekabr-2025
Amin Şükür
Yazı Ölçüsü:
Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkədə parlament və ehtimal ki, prezident seçkiləri 2026-cı ilin sonunda keçiriləcək.
"PostMedia" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Rəsmi olaraq seçki ilinə daxil olmuşuq. İlin sonunda seçkilər keçiriləcək. Hazırda yalnız seçkilərə hazırlıq işləri qalır. Görəcəyik, kimlər iştirak edəcək, neçə blok olacaq, hansı namizədlər iştirak edəcək. Seçkilər yalnız parlament və ya həm də prezident seçkiləri olacaq, bu barədə səlahiyyətli qurumlar qərar verəcək”.
Qeyd edək ki, ölkədə etiraz aksiyaları fonunda Vuçiç əvvəlcədən erkən parlament seçkilərinin gələcəkdə keçiriləcəyini, 2026-cı ilin sonunda və ya 2027-ci ilin əvvəllərində olacağını bildirmişdi.
Keçən bazar günü Negotin, Seçan və Mionitsa bələdiyyələrində yerli seçkilər keçirilib. İlkin nəticələrə görə, Serbiya Proqressiv Partiyası (SPP) qalib gəlib.