6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiya Ukraynanı Türkiyənin suverenliyinə qarşı yönəlmiş addımda ittiham edib

01-dekabr-2025, 20:25
Rusiya Ukraynanı Türkiyənin suverenliyinə qarşı yönəlmiş addımda ittiham edib
Yazı Ölçüsü:

"Türkiyənin ərazi sularında yerləşən tanker gəmilərinə hücum həmin ölkənin suverenliyinə qarşı yönəlmiş addımdır".

"PostMedia" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov “İnterfaks”a açıqlamasında bildirib.

“Xüsusilə Türkiyənin ərazi sularında ticarət gəmilərinə, tankerələrə hücum çox ciddi və qəbuledilməz hadisədir. Bu, Türkiyə Respublikasının suverenliyinə qarşı təcavüzdür, həmçinin həmin gəmilərin sahiblərinin təhlükəsizliyinə və mülkiyyətinə təhdiddir. Hadisə bir daha Kiyev rejiminin mahiyyətini açıq şəkildə göstərir”, – Peskov qeyd edib.

Xatırladaq ki, noyabrın 28-də Qara dənizdə Qambiya bayrağı altında üzən KairosVirat tanker gəmilərində yanğın baş verib. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Novorossiyskə gedən gəmilərdə yanğın partlayışlardan sonra başlayıb və hadisə xarici təsirlə bağlıdır.

Nazirin sözlərinə görə, tanker gəmiləri mina partlayışı, səthdən hərəkət edən pilotsuz aparat və ya raket zərbələri ilə vurula bilərdi. Virat tankeri isə noyabrın 29-da yenidən PUA hücumuna məruz qalıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930