6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ərazilərimizlə bağlı prinsipial mövqe tuturuq - Zelenski

01-dekabr-2025
Amin Şükür
Ərazilərimizlə bağlı prinsipial mövqe tuturuq - Zelenski
Yazı Ölçüsü:

Rusiya başladığı və davam etdirdiyi müharibəni dayandırmalıdır.

"PostMedia" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Moskva bu müharibə üçün heç bir halda “mükafat” kimi qəbul edilə biləcək nəticə əldə etməməlidir.

“Biz təmin etməliyik ki, Rusiya bu müharibədən hər hansı formada qazanc götürməsin. Müharibə gəlir gətirən bir prosesə çevrilməməlidir ki, başqaları da bunu təkrarlamaq istəməsin. Buna görə də sanksiyalar, hərbi cinayətlərə görə məsuliyyət, hazırda Rusiya tərəfindən işğal altında olan ərazilərimizin hüquqi statusu və Rusiya aktivləri ilə bağlı məsələlərdə prinsipial mövqe tuturuq”, – Zelenski vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bu məsələlər üzrə qlobal konsensus nə qədər güclü olarsa, sülh də bir o qədər dayanıqlı və uzunmüddətli olacaq:

“Bu, yalnız Ukraynadan deyil, həm də Avropanın vahid mövqeyindən və ABŞ-ın dəstəyindən asılıdır. Məsələ təkcə müharibənin nə vaxt bitəcəyində deyil, həm də gələcəkdə yeni müharibə təhlükəsinin nə qədər davam edəcəyindədir. Hazırda bu müharibədən sonra uzunmüddətli sülhü təmin edəcək razılaşmanın hazırlanmasına dair prinsipial yanaşma nümayiş etdiririk. Bütün tərəfdaşlar bunu anlamalı, mövcud riskləri və çağırışları qiymətləndirməlidirlər”, – deyə Zelenski əlavə edib.

Kateqoriyalar