6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Türkiyə və Azərbaycanın xüsusi nümayəndələri Ermənistanla münasibətlərin tənzimlənməsini müzakirə ediblər

28-noyabr-2025, 23:09
Türkiyə və Azərbaycanın xüsusi nümayəndələri Ermənistanla münasibətlərin tənzimlənməsini müzakirə ediblər
Yazı Ölçüsü:

Ankaradakı Prezident sarayında Azərbaycanın xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşü keçirilib.

“PostMedia” xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Kılıç özünün “X” hesabında məlumat verib.

Kılıçın sözlərinə görə, tərəflər Türkiyə–Azərbaycan ikitərəfli əlaqələrini, həmçinin Azərbaycanın Qarabağı “işğaldan azad etməsindən” sonra həyata keçirilən “bərpa və dirçəliş proseslərini” müzakirə ediblər.

“Regionda uzunmüddətli sülhün təmin olunması üçün bütün zəruri addımların atılmasının vacibliyini bir daha vurğuladıq. Həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən məmnunluğumuzu ifadə etdik”- deyə qeyd edib.


Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031