Rusiya və Türkiyənin beynəlxalq məsələlərə yanaşmalarında ciddi fərqli mövcuddur.
"PostMedia" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a açıqlamasında deyib.
Nazir müavini hər iki ölkə arasındakı münasibətlərin dinamik və pozitiv istiqamətdə inkişaf etdiyini, siyasi dialoqun effektiv olduğunu açıqlayıb.
O qeyd edib ki, iqtisadi əməkdaşlıq üçün əsas yaradan bir sıra böyük layihələr mövcuddur və qarşıdakı illər və onilliklər üçün potensial mövcuddur.
Ryabkov bildirib ki, beynəlxalq ciddi məsələlərin qiymətləndirilməsində müəyyən fərqliliklər normaldır və bu, Rusiya və Türkiyə kimi ölkələr arasında yetkin münasibətlərin təbiətinə uyğundur, xüsusilə Türkiyə NATO üzvü olduğu üçün.
O əlavə edib ki, hökumət aparatının bütün səviyyələri, iqtisadi blok və dialoq liderləri yaxşı münasibətlər içindədirlər və münasibətlərin potensialını hələ tam istifadə edilməyib, yeni imkanları kəşf etməyə başlayırlar.