N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Gvineya-Bisauda hərbi çevriliş: ordu hakimiyyəti ələ keçirdi, prezident həbs olundu

26-noyabr-2025
Turan Hüseynli
Gvineya-Bisauda hərbi çevriliş: ordu hakimiyyəti ələ keçirdi, prezident həbs olundu
Yazı Ölçüsü:
Gvineya-Bisauda hərbçilər hakimiyyəti ələ keçirib və ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunub.
"PostMedia" xəbər verir ki, yerli "Africaguinee" portalının məlumatına görə, hərbçilər dövlət televiziyası vasitəsilə açıqlama yayıb və özlərini “Milli təhlükəsizliyin və ictimai asayişin bərpası üzrə Baş Hərbi Komandanlıq” adlandırıblar.
Çevriliş nəticəsində ordu bir sıra tədbirləri elan edib.
Prezident Umaru Sisoku Embalonun vəzifədən uzaqlaşdırılması, ölkədə seçkilərin dayandırılması, bütün dövlət qurumlarının fəaliyyətinin müvəqqəti dayandırılması, KİV-in fəaliyyətinə qadağa,q uru, dəniz və hava sərhədlərinin bağlanması, saat 21:00-dan 06:00-dək komendant saatı elan edilib.
Hərbçilər əhaliyə müraciət edərək sakitlik və təmkin nümayiş etdirməyə çağırıblar.
Gvineya-Bisau prezidenti Umaru Sisoku Embalo çevrilişi təsdiqləyib və bildirib ki, o, Baş Qərargahın ərazisində həbsdə saxlanılır. Onunla birlikdə
Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Byaqe Na Ntan, onun müavini general Mamadu Ture, daxili işlər naziri Boçe Kande də həbs edilib.
Embalo çevrilişdə ordunun Baş Qərargah rəisini ittiham edib.
Ölkədə 23 noyabrda keçirilmiş prezident seçkilərinin nəticələri ətrafında gərginlik yaşanıb. Embalo 65% səslə qalib gəldiyini bildirmişdi, müxalifət namizədi Fernando Diaş de Koşta da öz qələbəsini elan etmişdi. Rəsmi nəticələr 27 noyabrda açıqlanmalı idi.
Embalo 2019-cu ildə prezident seçildikdən sonra artıq bir neçə dəfə çevriliş cəhdləri ilə üzləşib:
2022-ci ildə o, ona, baş nazirə və nazirlərə qarşı sui-qəsd cəhdi olduğunu bildirmişdi.
2023-cü ildə Milli Qvardiya ilə prezident qvardiyası arasında baş verən silahlı toqquşmalarda altı hərbçi yaralanmışdı.
Gvineya-Bisau 1974-cü ildə Portuqaliyadan müstəqillik qazanıb. Ölkə 1446-cı ildən başlayaraq uzun müddət Portuqaliyanın nəzarətində olub və Atlantik qul ticarətinin əsas məntəqələrindən biri kimi istifadə edilib.
Kateqoriyalar