6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiya hələ ABŞ-nin Ukrayna üzrə sülh planını heç kimlə müzakirə etməyib - Uşakov

26-noyabr-2025, 14:16
Rusiya hələ ABŞ-nin Ukrayna üzrə sülh planını heç kimlə müzakirə etməyib - Uşakov
Yazı Ölçüsü:

Rusiya hələ heç kimlə ABŞ tərəfindən qeyri-rəsmi yolla təqdim edilmiş Ukrayna üzrə sülh planını müzakirə etməyib.

"PostMedia" "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Sülh planı Abu Dabidə müzakirə edilməyib. Plan hələ heç kimlə ətraflı müzakirə olunmayıb. Biz onu gördük, bizə təqdim edildi, amma hələ heç bir müzakirə aparılmayıb”, – deyə o bildirib.

Uşakov qeyd edib ki, Rusiya rəsmi sülh sazişi sənədini almayıb, lakin rus tərəfi ABŞ Prezidenti Donald Trampın proqramının bir neçə son versiyasına malikdir. O əlavə edib ki, həmin sənədlər ciddi təhlil tələb edir, lakin hələ amerikalı tərəf ilə müzakirələr aparılmayıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930