6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

BMT rəsmi olaraq yeni Baş katibin seçki prosesinə başlayıb

26-noyabr-2025, 12:42
BMT rəsmi olaraq yeni Baş katibin seçki prosesinə başlayıb
Yazı Ölçüsü:

BMT dünya təşkilatının yeni Baş katibinin seçilməsi və təyin edilməsi prosesini rəsmi olaraq başladığını elan edib.

"PostMedia" xəbər verir ki, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası birgə məktub hazırlayaraq təşəbbüslə çıxış ediblər. BMT Baş Assambleyasının sədri Annalena Berbok bildirib ki, sənədə həmçinin Noyabr ayı üçün BMT Təhlükəsizlik Şurasının sədri olan Siera Leonanın BMT-də daimi nümayəndəsi Maykl Imran Kanu da imza atıb.

Birgə məktubda Baş Assambleya və Təhlükəsizlik Şurasının sədri BMT üzv dövlətlərini dünya təşkilatının Baş katibi vəzifəsinə namizədlər irəli sürməyə dəvət ediblər. Yeni Baş katib 2027-ci il yanvarın 1-dən vəzifəni icra edəcək. Məktubda üzv dövlətlərdən qadın namizədlərin irəli sürülməsini ciddi şəkildə nəzərdən keçirmələri xahiş olunur.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930