N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Qəzza bölgəsinin partlamamış sursatlardan təmizlənməsi 10 ilə qədər çəkə bilər - BMT

25-noyabr-2025
Nigar Əliyeva
Qəzza bölgəsinin partlamamış sursatlardan təmizlənməsi 10 ilə qədər çəkə bilər - BMT
Yazı Ölçüsü:

Qəzza sektorunun partlamamış sursatlardan təmizlənməsi 10 ilə qədər davam edə bilər, dağıntıların təmizlənməsi isə 20 ildən artıq vaxt tələb edə bilər.

"PostMedia" xəbər verir ki, bunu Cenevrədə keçirilən brifinqdə BMT-nin Ticarət və İnkişaf Proqramı (UNCTAD) koordinatoru Mutasim Elagra bildirib.

“Əgər dağıntıların təmizlənməsi əvvəlki sürətlə davam edərsə, bu proses 22 ilədək çəkə bilər. BMT-nin hesablamalarına görə, Qəzza bölgəsinin partlamamış sursatlardan təmizlənməsi 10 ilə qədər vaxt ala bilər. Bu da dağıntıların aradan qaldırılmasını daha da çətinləşdirir, çünki təhlükəsizliyinin təmin edilməsi üçün 10 il tələb oluna bilər. Bu, beynəlxalq ictimaiyyətdən böyük səylər tələb edir”, – deyə o bildirib.

Bundan əvvəl BMT-nin İnkişaf Proqramının (UNDP) Fələstin xalqına yardım proqramının rəhbəri Yako Silliers qeyd etmişdi ki, Qəzzada ən azı 50 milyon ton dağıntı təmizlənməlidir. Dünya Bankının məlumatına görə, Qəzza sektorunun bərpasının qiyməti 70 milyard dollar təşkil edir.

2023-cü ilin 7 oktyabrından başlayaraq HƏMAS hərəkatı ilə İsrail arasında baş verən münaqişə zamanı 69 mindən çox fələstinli həlak olub, 170 mindən çox insan isə yaralanıb.

Kateqoriyalar