Rusiya və Ukraynanın nümayəndələri hazırda Əbu-Dabidə münaqişənin sülh yolu ilə həlli ilə bağlı birbaşa danışıqlar aparırlar.
"PostMedia"nın məlumatına görə, bu barədə "Axios" öz mənbələrinə istinadən xəbər yayıb.
Məlumata görə, ABŞ diplomatları ilə Ukrayna üzrə sülh planının ilkin razılaşdırılmasından sonra ABŞ ordusunun naziri Den Driskoll rus tərəfi ilə danışıqlara qoşulub. Eyni zamanda, Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov da Əbu-Dabidədir və həm ABŞ, həm də Rusiya nümayəndələri ilə keçirilən görüşlərdə iştirak edir.
Portalın məlumatına görə, Əbu-Dabidə baş tutan danışıqlara iki ölkənin hərbi kəşfiyyat rəhbərlərinin rəhbərlik etməsi ehtimal edilir. Bildirilir ki, tərəflər əvvəlcə başqa mövzu ətrafında görüşməli idilər, lakin ABŞ ordusunun naziri Driskollun bölgəyə səfəri planı dəyişib.
Rusiyadan danışıqlara Rusiyanın Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov, Ukraynadan isə Hərbi Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanovun rəhbərlik etdiyi bildirilir.