N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Litva Belarusa nota verib

25-noyabr-2025
Turan Hüseynli
Litva Belarusa nota verib
Yazı Ölçüsü:
Litvanın Xarici İşlər Nazirliyi Belarus səfirliyinin nümayəndəsini çağıraraq ölkəyə etiraz notası təqdim edib. Buna səbəb son günlər Belarus ərazisindən Litvaya qarşı yenidən müşahidə olunan hibrid hücumlar və Litvanın hava məkanının pozulması olub.
"PostMedia" xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Belarus tərəfinə Litvanın hava məkanının son günlərdə dəfələrlə pozulduğu bildirilib. Bu pozuntuların ölkənin milli təhlükəsizliyi və mülki aviasiyası üçün real təhlükə yaratdığı vurğulanıb. Qeyd edilib ki, 20 və 23–24 noyabr tarixlərində baş verən insidentlər səbəbindən Vilnüs beynəlxalq hava limanının fəaliyyəti məcburi olaraq dayandırılıb.
Litva Belarus hakimiyyətinə hava məkanı pozuntularının təkrarlanmaması üçün dərhal tədbirlər görməyi, həmçinin Belarusda saxlanılan və Litvaya buraxılmayan, Aİ-də qeydiyyatdan keçmiş yük maşınları ilə bağlı vəziyyəti həll etməyi tövsiyə edib.
Nazirlik xəbərdarlıq edib ki, əks halda Litva dövlət sərhədinin keçidi ilə bağlı məhdudiyyətləri bərpa etmək və əlavə cavab addımları atmaq hüququnu özündə saxlayır.
Xatırladaq ki, bazar günü Litvanın hava məkanında Vilnüs aeroportu istiqamətində hərəkət edən meteozondlar aşkar edildikdən sonra aeroport iki dəfə bağlanmışdı. Bu qərar naviqasiya sistemində həmin obyektlərə uyğun siqnalların qeydə alınmasından sonra qəbul olunmuşdu.
Kateqoriyalar