6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Moskva ABŞ-dən məlumat gözləyir - Lavrov

25-noyabr-2025, 18:48
Moskva ABŞ-dən məlumat gözləyir - Lavrov
Yazı Ölçüsü:
Rusiya ABŞ-dən Ukrayna və Avropa nümayəndələri ilə keçirilən məsləhətləşmələrin nəticələri barədə məlumat verməsini gözləyir.
"PostMedia" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Belarus və Rusiya XİN-lərinin kollegiya iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Biz gözləyirik ki, ABŞ Ukrayna rejimi və avropalılarla məsləhətləşmələri başa çatdırılmış hesab etdikdə, bunun nəticələri barədə bizi informasiyalandıracaq. Ümid edirik ki, bu, yaxın perspektivdə baş verəcək”, – deyə Lavrov vurğulayıb.
Nazirin sözlərinə görə, Moskva ABŞ-ni Ukrayna böhranının həlli ilə bağlı danışıqlarda tələsməyə vadar etmir.
“Biz amerikalı həmkarlarımızı tələsdirmirik. Ankoric görüşündən sonra uzun müddət gözlədik, dialoqu davam etdirir və yalnız həmin razılaşmalara sadiq olduğumuzu xatırladırdıq. Yaxşı haldır ki, onlar nəhayət öz təşəbbüslərini, Donald Trampın planını irəli sürərək Ankoric razılaşmalarına sadiqliklərini təsdiqlədilər. Bu mövqeni nə dərəcədə qoruyacaqlar və onları düzgün yoldan döndərmək cəhdlərinə necə müqavimət göstərəcəklər, bunu hələ bilmirik”, – deyə Lavrov əlavə edib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930