N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

CAR-ın sabiq prezidentinin qızı bacısını Ukraynadakı döyüşlərə adam cəlb etməkdə ittiham edib

24-noyabr-2025
Amin Şükür
CAR-ın sabiq prezidentinin qızı bacısını Ukraynadakı döyüşlərə adam cəlb etməkdə ittiham edib
Yazı Ölçüsü:

CAR-ın sabiq prezidenti Ceykob Zumanın qızlarından biri Nkosasana Zuma polisə müraciət edərək bacısı Duduzila Zumanı Ukraynada döyüş bölgəsinə döyüşçü toplamaqda ittiham edib.

PostMedia” xəbər verir ki, bu barədə BBC göndərilən ərizəyə istinadən məlumat yayıb.

Rusiya isə əcnəbilərin hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı ittihamları rədd edir.

Nkosasana Zumanın polisə təqdim etdiyi ərizədə bildirilir ki, kişilərə Rusiyaya gedəcəkləri və orada atası Ceykob Zumanın siyasi partiyası “Millətin Nizə Partiyası” (MKP) üçün mühafizəçi kimi təlim keçəcəkləri deyilib. Onun sözlərinə görə, bacısı və daha iki nəfər 17 nəfəri aldadaraq rus ordusuna qoşulmağa məcbur ediblər.

Nkosasana Zuma ərizə verməsini “mənəvi öhdəlik” kimi dəyərləndirib.

BBC yazır ki, Duduzila Zuma CAR parlamentinin deputatıdır və artıq dövlətə xəyanət ittihamı ilə istintaq altındadır. Bu maddə üzrə cəza ömürlük həbə qədərdir.

Bu ittiham onun 2021-ci ildə atasının həbsi zamanı baş verən iğtişaşlarla bağlı açıqlamaları ilə əlaqələndirilir. Həmin iğtişaşlarda azı 300 nəfər həlak olub. Duduzila Zuma isə bütün ittihamları siyasi motivli adlandırır.

“Bloomberg” daha əvvəl yazmışdı ki, Duduzila Zumanın CAR və Botsvanadan olan kişilərin Rusiyaya cəlb edilməsində rolu var. Nəşr həm prosesi bilən mənbələrə, həm də Duduzila Zumanın “WhatsApp” yazışmalarına istinad edib.

Agentliyin məlumatına görə, Zuma ilə ünsiyyətdə olan kişilər iyulda Rusiyaya gedib, qohumlarının sözlərinə görə, orada müqavilə imzalayıb cəbhəyə göndərilib və avqustdan etibarən əlaqə saxlamayıblar.

“Bloomberg”in istinad etdiyi “WhatsApp” yazışmalarında Duduzila Zuma kişilərə “döyüş bölgəsinə göndərilməyəcəklərini” bildirirdi. Qeyd olunur ki, CAR qanunlarına əsasən, başqa dövlətin tərəfdə döyüşmək və ya muzdluluq 1998-ci ildən cinayətdir.

CAR prezidenti Siril Ramafosa ölkə vətəndaşlarının Ukrayna münaqişəsinə cəlb edilməsi ilə bağlı istintaq aparılması üçün göstəriş verib. Onun administrasiyası Donbasda “almazda qalan” və yardım istəyən 17 cənubi afrikalının müraciət etdiyini açıqlamışdı. Polis də bu istiqamətdə araşdırma aparıldığını təsdiqləyib.

Rusiya isə rəsmi şəkildə əcnəbilərin döyüşlərə cəlb olunması barədə ittihamları təkzib edir. Kremlin sözçüsü Dmitri Peskov mövzu ilə bağlı verilən sualı cavablandırarkən deyib:

“Heç bir məlumatımız yoxdur. Mən bunu ilk dəfə eşidirəm”.

Kateqoriyalar