6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Safaryan və Grasa Vaşinqton razılaşmalarını müzakirə ediblər

24-noyabr-2025, 23:34
Safaryan və Grasa Vaşinqton razılaşmalarını müzakirə ediblər
Yazı Ölçüsü:
Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan ATƏT Parlament Assambleyasının prezidentinin müavini Luis Grasa ilə görüşüb.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı bu ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar müzakirə olunub. Hər iki tərəf vurğulayıb ki, bu razılaşmalar regionun ümumi sabitliyi və inkişafı üçün imkanlar yaradır.
Həmçinin, tərəflər parlament diplomatiyasının rolunu sülhün möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və humanitar məsələlərin həlli istiqamətində vacib hesab ediblər.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031