6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ermənistan KTMT Zirvə Toplantısında iştirak etməyəcək – Uşakov

24-noyabr-2025, 18:59
Ermənistan KTMT Zirvə Toplantısında iştirak etməyəcək – Uşakov
Yazı Ölçüsü:
Ermənistan nümayəndələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)-ın 27 noyabrda Bişkekdə keçiriləcək zirvə toplantısında iştirak etməyəcək.
"PostMedia" xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
"Ermənistan bu zirvə toplantısında iştirak etməyəcək, lakin nümayəndələri təşkilatçılara məlumat veriblər ki, görüş zamanı razılaşdırılmış sənədlərin qəbuluna qarşı çıxmayacaqlar", – deyə Uşakov jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, KTMT-nin növbəti zirvə toplantısı 2026-cı il 11 noyabrda Moskvada keçiriləcək. Həmin toplantıda təşkilatın sədri Rusiya Federasiyasına təhvil veriləcək və bu, 2026-cı il 1 yanvardan qüvvəyə minəcək.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031