6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Vaşinqtonun Ukrayna planına dəyişikliklər edilib

24-noyabr-2025, 17:51
Vaşinqtonun Ukrayna planına dəyişikliklər edilib
Yazı Ölçüsü:

Ukrayna nümayəndə heyətinin üzvü Aleksandr Bevz açıqlayıb ki, ABŞ-nin Ukrayna üzrə təqdim etdiyi 28 bəndlik sülh planı əvvəlki formada artıq mövcud deyil.

Onun sözlərinə görə, 23 noyabrda ABŞ ilə keçirilən danışıqlarda planın bəzi maddələri çıxarılıb, bəziləri isə dəyişdirilib.
"PostMedia" xəbər verir ki, Bevz ən mübahisəli məsələlərlə bağlı son qərarı ABŞ Prezidenti Donald Trampın və Ukrayna Prezidenti Volodimir Zelenskinin verəcəyini deyib.
Bundan əlavə, ABŞ bu görüşü “indiyədək ən məhsuldar” adlandırsa da, "Politico" danışıqların gərgin keçdiyini yazıb.
Rusiya tərəfi isə Ukrayna mövzusunda danışıqlara açıq olduğunu bildirib, lakin ABŞ-dan yenilənmiş planın rəsmi mətninin hələ alınmadığını qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930