Avropa İttifaqının rəsmiləri bir neçə aydır Kiyevin hərbi əməliyyatlarını dəstəkləmək üçün təxminən 140 milyard avro həcmində dondurulmuş rus aktivlərindən istifadə etmək imkanını araşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, aktivlərin əksəriyyəti Belçikada saxlanılır.
Diplomatların məlumatına görə, Brüsseldə aparılan danışıqlar hələ də həssas mərhələdədir, çünki yüksək vəzifəli rəsmilər aktivlərin Ukrayna hökumətinə kredit verilməsi məqsədilə istifadəsini təmin edəcək hüquqi mətn hazırlamağa çalışırlar.
Bununla belə, ABŞ-ın 28 maddədən ibarət yeni atəşkəs planı alternativ ideya irəli sürür: atəşkəsdən sonra həmin aktivlər ABŞ rəhbərliyi altında Ukraynanın bərpa işləri üçün istifadə oluna bilər və gəlirin 50%-i ABŞ-a çatacaq.
Avropa İttifaqının yüksək vəzifəli rəsmilərindən biri bu ideyanı tənqid edərək bildirib ki, Tramp nə qədər istəsə də, Avropadakı aktivlərin istifadəsini icazəsiz həyata keçirə bilməz. Digər bir rəsmisi isə bildirib: “Üitkof psixiatrla məsləhətləşsə yaxşı olar”.