N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İran ABŞ ila “balanslaşdırılmış” anlaşma imzalamağa hazır olduğunu bildirib

21-noyabr-2025
Amin Şükür
İran ABŞ ila “balanslaşdırılmış” anlaşma imzalamağa hazır olduğunu bildirib
Yazı Ölçüsü:

İran ABŞ ilə nüvə proqramı üzrə yeni bir razılaşma imzalamağa hazırdır, lakin bu anlaşma “yaxşı balanslaşdırılmış” olmalı və hər iki tərəfin mövqelərini nəzərə almalıdır.

"PostMedia" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi “The Economist” jurnalına verdiyi müsahibədə deyib.

“Biz danışıqlara hazırıq, amma diktə olunan şərtlərlə yox. Anlaşmaya açığıq, lakin bu, səmimi və balanslı olmalıdır, birtərəfli yox. Problem də məhz bundadır”, — Araqçi bildirib.

Nazir bildirib ki, 12 günlük müharibə başlamazdan əvvəl yəni iyun ayında  Tehran və Vaşinqton beş mərhələdən ibarət danışıqlar aparıb. ABŞ nümayəndə heyətinə prezidentin sülhməramlı missiyaları üzrə xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edib.

“Biz razılaşmaya, yaxşı kompromisə çox yaxın idik. Detallara varmaq istəmirəm, amma lazım gələrsə, vaxtı çatanda danışacağam”, — Araqçi qeyd edib.

Onun sözlərinə görə, sonrakı İsrail-İran müharibəsi və ABŞ-ın İsrailə dəstəyi bu prosesə ciddi şəkildə mane olub.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İran əleyhinə hərbi əməliyyatlara başlayıb. Təxminən bir gün sonra İran cavab zərbələri endirib. ABŞ isə bu gərginliyə doqquz gün sonra qoşularaq İsfahan, Natanz və Fordodakı İran nüvə obyektlərinə zərbələr endirib.

İyunun 23-də İran Qətərdə yerləşən, Yaxın Şərqin ən böyük Amerika aviabazası olan əl-Udeydə hücum edib. Bundan sonra ABŞ prezidenti Donald Tramp elan edib ki, İsrail və İran atəşkəs barədə razılığa gəlib.

Atəşkəs rejimi iyunun 24-dən qüvvədədir.

Kateqoriyalar