6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Daily Mail: "İlon Mask Ağ Evdəki ziyafətdə qonaqlardan birinə Səudiyyə Ərəbistanı şahzadəsini “terrorçu hesab edib-etmədiyini” soruşub"

20-noyabr-2025, 11:20
Daily Mail: "İlon Mask Ağ Evdəki ziyafətdə qonaqlardan birinə Səudiyyə Ərəbistanı şahzadəsini “terrorçu hesab edib-etmədiyini” soruşub"
Yazı Ölçüsü:

Məşhur sahibkar və "SpaceX"ın qurucusu İlon Mask "Ağ Ev"də keçirilən rəsmi şam yeməyi zamanı qonaqlardan birinə gözlənilməz sual ünvanlayıb.

"Daily Mail" yazır ki, Mask Pfizer şirkətinin baş direktoru Albert Burladan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Saudu “terrorçu hesab edib-etmədiyini” soruşub.

Məlumata görə, bu barədə nəşrə dodaqdan oxuma üzrə mütəxəssis Nikola Hiklinq məlumat verib. Onun sözlərinə görə, Maskın sualı Burlanı tamamilə çaşdırıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Məhəmməd bin Salman şərəfinə "Ağ Ev"də çıxışı zamanı bildirmişdi ki, ABŞ–Səudiyyə Ərəbistanı əməkdaşlığı xüsusilə müdafiə sahəsində yeni səviyyəyə yüksəlir. Prezident qeyd etmişdi ki, iki ölkə arasında yaxınlarda imzalanmış strateji müdafiə sazişi “tarixi əhəmiyyət daşıyır”.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930