6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Uitkoff Zelenski ilə Türkiyədəki görüşünü ABŞ planına marağın olmaması səbəbindən təxirə salıb - Axios

19-noyabr-2025, 21:13
Uitkoff Zelenski ilə Türkiyədəki görüşünü ABŞ planına marağın olmaması səbəbindən təxirə salıb - Axios
Yazı Ölçüsü:

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Türkiyədə Ukrayna prezidenti Vladimir Zelenski ilə nəzərdə tutulan görüşü təxirə salıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Axios" öz mənbələrinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, görüşün təxirə salınmasına səbəb Zelenskinin Vaşinqtonun irəli sürdüyü tənzimləmə planının müzakirəsində maraqlı olmaması olub. Məsələ ilə bağlı danışan amerikalı rəsminin sözlərinə görə, Zelenski Ankaraya Avropa tərəfdaşları ilə birlikdə hazırladığı başqa bir planla gəlib. Mənbə bildirib ki, bu planı “Rusiya heç vaxt qəbul etməyəcək”.

Zelenski, həmçinin, məsələnin daha geniş formatda yəni Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə müzakirə olunmasını istəyib.

"Axios"un yazdığına görə, ABŞ-nin təqdim etdiyi planda Ukraynanın tərk etməli olduğu Donbas əraziləri demilitarizasiya zonası kimi nəzərdə tutulur. Nəşr əlavə edir ki, Zaporojye və Xerson vilayətlərində isə təmas xəttinin “dondurulmuş” şəkildə qalması planlaşdırılır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930