N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İran ABŞ ilə nüvə danışıqlarını davam etdirmək istəyir

19-noyabr-2025
Türkan Nəbi
İran ABŞ ilə nüvə danışıqlarını davam etdirmək istəyir
Yazı Ölçüsü:

"Əgər proses qarşılıqlı hörmət əsasında aparılsa İran ABŞ ilə nüvə danışıqlarını bərpa etməyə hazırdır".

"PostMedia" xəbər verir ki, bu barədə İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi CNN-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Tehran öz mövqeyindən imtins etməyəcək və həmin mövqe ABŞ və İsrailin iyun ayında İrana endirdiyi zərbələrdən əvvəlki kimi qalır.
Xarazinin sözlərinə görə, ABŞ ilk addımı atmalıdır:
“Onlar göstərməlidirlər ki, bizimlə təklif etdiyimiz şərtlərlə əməkdaşlığa hazırdırlar. Danışıqlar bərabərlik və qarşılıqlı hörmət əsaslarında olmalıdır”.
O qeyd edib ki, müzakirələrin gündəliyi əvvəlcədən hazırlanacaq, çünki prosesin mahiyyəti və mərhələləri dəqiq müəyyən olunmalıdır.

Xərazi əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp diplomatik əməkdaşlığa inanmır və məqsədlərinə çatmaq üçün gücdən istifadə etməyə üstünlük verir.
İran rəsmisi vurğulayıb ki, Tehran Vaşinqtonla danışıqlar üçün irəli sürdüyü şərtləri dəyişməyib. Onun sözlərinə görə uranın zənginləşdirilməsi davam edəcək, çünki ölkənin enerji və tibbi məqsədlər üçün yanacağa ehtiyacı var.
Eyni zamanda ballistik raket proqramı genişlənir və heç bir halda danışıqlar predmetinə çevrilməyəcək.
İran nüvə məsələsini yalnız ABŞ ilə müzakirə edəcək.
Xərazi bildirib ki, hədəf “zənginləşdirmənin mahiyyəti yox, səviyyəsi” olacaq. ABŞ və ya İsraillə yeni hərbi qarşıdurma ehtimalı barədə suala isə belə cavab verib:
“Hər şey mümkündür. Amma biz buna hazırıq”.
CNN-in ABŞ ilə nüvə proqramına dair potensial anlaşmanın mümkünlüyü barədə sualına Xərazi müsbət cavab verib.
O əlavə edib ki, əgər real danışıqlar başlasa, İranın uranı zənginləşdirməyə davam etməsi ilə bağlı beynəlxalq narahatlıqları aradan qaldıracaq mexanizmlər tapmaq mümkündür.
Sonda Xarazi ABŞ prezidenti Donald Trampa müraciətlə bildirib:
“İrana qarşı müsbət yanaşma nümayiş etdirin. Əgər bu belə olarsa, cavabı da müsbət olacaq. Amma bunun üçün ABŞ İranı güclə sıxışdırmaq cəhdlərindən imtina etməlidir. Onlar artıq bunu sınayıblar və bunun mümkün olmadığını anlayıblar”.

Kateqoriyalar