6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ararat Mirzoyan Aİ nümayəndəsi ilə Azərbaycanla olan münasibətləri müzakirə edib

18-noyabr-2025, 16:52
Ararat Mirzoyan Aİ nümayəndəsi ilə Azərbaycanla olan münasibətləri müzakirə edib
Yazı Ölçüsü:

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Cənubi Qafqaz və Gürcüstandakı böhran məsələləri üzrə Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ararat Mirzoyan və Maqdalena Qrono regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Nəqliyyat və iqtisadi əlaqəlilik şəbəkəsinin genişləndirilməsi kontekstində Aİ-nin “Qlobal darvaza” və Ermənistanın “Sülh kəsişməsi” proqramlarının uzlaşdığı vurğulanıb və onların həyata keçirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Görüşdə həmçinin 8 avqust razılaşmaları nəticəsində Ermənistan və Azərbaycan arasında formalaşmış sülh imkanlarının ən yaxşı şəkildə reallaşdırılması və sülhün daha da möhkəmləndirilməsi üçün görülən səylər barədə fikir mübadiləsi aparılıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930