6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

"C-130" təyyarəsinin qara qutularının araşdırılması iki ay çəkə bilər - Türkiyənin müdafiə naziri

17-noyabr-2025, 23:49
"C-130" təyyarəsinin qara qutularının araşdırılması iki ay çəkə bilər - Türkiyənin müdafiə naziri
Yazı Ölçüsü:

Noyabrın 11-də Gürcüstanda qəzaya uğramış Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi-nəqliyyat təyyarəsinin uçuş məlumatlarının qeydiyyatçısının (FDR) araşdırılması təxminən iki ay davam edə bilər.

"PostMedia" xəbər verir ki, bu barədə "Habertürk" telekanalı Türkiyənin müdafiə naziri Yaşar Gülərə istinadən məlumat yayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, qəzaya səbəb olan amillər araşdırılır. Onun sözlərinə görə, daha dəqiq izahat qəza yerində mütəxəssislərin topladığı məlumatların təhlilindən və qara qutunun yazılarının incələnməsindən sonra veriləcək.

Noyabrın 11-də Azərbaycandan uçan Türkiyə Hərbi Hava Qüvvələrinin "C-130" tipli təyyarəsi Gürcüstan ərazisində qəzaya uğramışdı. Təyyarə Türkiyənin Kayseri hərbi hava bazasına doğru gedirdi. Göyərtədə olan bütün 20 hərbçi həlak olmuşdu. Onların cəsədləri Türkiyəyə qaytarılıb və hərbi protokola uyğun dəfn edilib.

KİV-lər daha əvvəl mənbələrə istinadən yazmışdılar ki, "C-130"un qəzaya uğramasına iki mühərrikin sıradan çıxması səbəb ola bilər. Bu versiya hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930