6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Aİ Komissiyasının sorğulara cavabı süni intellekt vasitəsi ilə verdiyi ehtimalı yaranıb

17-noyabr-2025, 19:36
Aİ Komissiyasının sorğulara cavabı süni intellekt vasitəsi ilə verdiyi ehtimalı yaranıb
Yazı Ölçüsü:
İrlandiyalı hüquq müdafiə təşkilatı Avropa Ombudsmanına şikayət təqdim edib və Avropa Komissiyasını sənədlərlə bağlı sorğuya rəsmi cavab hazırlayarkən ChatGPT tipli süni intellekt sistemindən istifadə etməkdə ittiham edib.
"PostMedia" xəbər verir ki, "Euractiv" portalının yazdığına görə, Ombudsman Aparatı hələlik rəsmi araşdırma başlanılıb-başlanılmaması məsələsini müzakirə edir.
İrlandiyalı hüquq müdafiəçilərinin müraciətinə səbəb Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin son çıxışında süni intellektin 2026-cı ildə insan intellekti ilə paritetə çatacağı barədə dediklərində hansı ilkin mənbələrə əsaslandığına dair sorğu olub. Təşkilat bildirir ki, onlara göndərilən sənəddəki məlumatlar cavabın hazırlanmasında generativ süni intellektin iştirak etdiyini göstərir, baxmayaraq ki, Avropa Komissiyasının mövcud daxili qaydaları ictimai materiallarda belə alətlərin istifadəsini qadağan edir.
"Euractiv"in məlumatına görə, Avropa Komissiyasının sözçüsü vəziyyəti şərh edərkən qeyd edib ki, müvafiq təlimatlar daxili xarakter daşıyır və cavabın hazırlanması zamanı süni intellektdən istifadə olunub-olunmadığını açıqlamaqdan imtina edib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031