N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Putin II Dünya Müharibəsi dövründə azad edilmiş şəhərlə bağlı bayram günü təsis edib

17-noyabr-2025
Türkan Nəbi
Putin II Dünya Müharibəsi dövründə azad edilmiş şəhərlə bağlı bayram günü təsis edib
Yazı Ölçüsü:
Rusiya prezidenti Vladimir Putin aprelin 9-nun Kyoniqsberqin qəhrəmanlıqla hücumu və alınması günü kimi müəyyən edilməsi barədə qanunu imzalayıb.
"PostMedia" xəbər verir ki, bu barədə rəsmi sənəddə qeyd olunur.
Qanun layihəsi iyunun 17-də Federasiya Şurasının sədri Valentina Matviyenko başda olmaqla bir qrup senator tərəfindən Dövlət Dumasına təqdim edilmişdi.
Aşağı palata sənədi noyabrın 11-də qəbul edib. Dövlət Dumasında vurğulanıb ki, 1945-ci il aprelin 9-da Kyoniqsberqin hücumu və ələ keçirilməsi Şərqi Prussiya əməliyyatının dönüş nöqtəsi və Böyük Vətən müharibəsinin son mərhələsinin əsas hadisələrindən biri olub.
Təşəbbüs müəllifləri bildirirlər ki, Hərbi Şöhrət Günlərinin siyahısına yeni tarix əlavə edilməsi tarixi yaddaşın qorunmasına, gənclərin vətənpərvərlik tərbiyəsinə və Kalininqrad vilayətinin ölkənin əsas ərazisindən tarixi təcridinin aradan qaldırılmasına xidmət edir.
Kateqoriyalar