N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp "Davos Forumun"da iştirak edə bilər

13-noyabr-2025
Amin Şükür
Tramp "Davos Forumun"da iştirak edə bilər
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə İsveçrənin Davos şəhərində keçiriləcək "Dünya İqtisadi Forumu"nda (WEF) iştirak etməyi planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu addım ABŞ və İsveçrə arasında ticarət sazişi ilə bağlı danışıqlarda münasibətlərin yaxşılaşdığını göstərir. Trampın foruma geniş nümayəndə heyəti ilə qatılacağı gözlənilir.
Xatırladaq ki, Tramp 2025-ci ildəki foruma videobağlantı vasitəsilə qoşulmuşdu.
WEF-in açıqlamasında bildirilib ki, G20 ölkələrinin dövlət və hökumət başçıları, o cümlədən ABŞ Prezidenti Donald Tramp Davos görüşünə dəvət alıblar. Forumun dəqiq iştirakçı siyahısı tədbirə bir həftə qalmış açıqlanacaq.
Qeyd edək ki, "Dünya İqtisadi Forumu" İsveçrədə yerləşən qeyri-hökumət təşkilatıdır. Hər il dünyanın aparıcı şirkət rəhbərləri, siyasətçilər və ekspertlər burada qlobal iqtisadi və sosial məsələləri müzakirə edirlər.
2026-cı il "Davos Forumu" 19–23 yanvar tarixlərində keçiriləcək və onun əsas mövzusu “Dialoq ruhu” olacaq.
Kateqoriyalar