N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Belarusla sərhəddi bağlamaq istəyən ölkələrin adları açıqlanıb

13-noyabr-2025
Turan Hüseynli
Belarusla sərhəddi bağlamaq istəyən ölkələrin adları açıqlanıb
Yazı Ölçüsü:
Latviya Estoniya Litva ilə həmrəylik naminə Belarusla sərhədi bağlamağa hazırdırlar.
"PostMedia"  "LRT" portalına istinadən xəbər verir ki, bunu Litvanın baş naziri İnqa Ruginene bildirib.
Ruginene qeyd edib ki, Polşa artıq həmrəylik nümayiş etdirib və Belarusla sərhəddəki keçid məntəqələrini açmaq planını təxirə salıb.
“Eyni bəyanatları mən Latviya və Estoniya baş nazirlərindən də aldım. Əgər biz vəziyyəti nəzarətdə saxlaya bilməsək və Belarus rejimi bizə qarşı aqressiyanı davam etdirsə, onlar da həmrəylik göstərəcəklər”, – deyə Litva hökumət başçısı vurğulayıb.
Xatırladaq ki, Polşa 12 sentyabrda Belarusla sərhədi müddətsiz bağlayıb. Belarus Xarici İşlər naziri Maksim Rijenkov bu addımı “xalq əleyhinə qərar” adlandırıb. 25 sentyabrda Varşava məhdud yumşalmaya getsə də, 6 sərhəd-keçid məntəqəsindən 4-ü hələ də bağlı qalır.
Litva isə oktyabrın sonunda Belarusla sərhədi bir aylığına bağlayıb. Yalnız diplomatlar və Litva və ya Aİ vətəndaşlarının evlərinə qayıtması üçün istisnalar tətbiq olunub. Qərar, Litva hava məkanında qaçaqmalçılıq məqsədilə istifadə olunduğu iddia edilən meteoroloji zondların aşkar edilməsindən sonra qəbul edilib.
Minsk tərəfi isə iddia edir ki, qaçaqmalçılıqla məhz litvalılar məşğuldur, və sərhədin bağlanmasını Belarus prezidenti Aleksandr Lukaşenko “dəli bir fırıldaq” adlandırıb.
Bundan sonra Belarus Litvadan gələn və gedən yük maşınlarının keçidinə icazə verməyi dayandırıb. Noyabrın 6-da Litva tərəfi bir neçə min ilişib qalmış yük maşınının geri dönməsi üçün sərhədin bir dəfəlik açılmasını xahiş edib. Vilnüs bildirir ki, Minsk razılıq versə də, bu vaxta qədər heç bir real addım atılmayıb.
Kateqoriyalar