6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ukraynanın energetika naziri istefa verib

12-noyabr-2025, 23:56
Ukraynanın energetika naziri istefa verib
Yazı Ölçüsü:
Ukraynanın energetika naziri Svetlana Grinçuk istefa ərizəsi təqdim edib.
"PostMedia" xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində məlumat verib.
“İstefa ərizəmi təqdim etmişəm. Mənim üçün vəzifə heç vaxt məqsəd olmayıb”, – deyə Grinçuk bildirib.
Nazir vurğulayıb ki, öz fəaliyyətində heç bir qanun pozuntusuna yol verməyib: “Belə faktlar prinsip etibarilə mövcud ola bilməz,” – deyə o əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski energetika və ədliyyə nazirlərinin istefasını tələb etmişdi. Bu tələb energetika sektorunda baş verən korrupsiya qalmaqalının fonunda irəli sürülmüşdü.
Ukraynanın korrupsiya ilə mübarizə orqanları bəyan edib ki, hökumətin bir neçə keçmiş və hazırkı üzvü, eləcə də prezident Zelenskinin yaxın dostu sayılan biznesmen Timur Mindıç, energetika sahəsində iri miqyaslı rüşvət sxemində iştirak etməkdə şübhəli bilinir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930