6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Putin bu şəxslərlə şəxsi mənzilində görüşür - Peskov

12-noyabr-2025
Putin bu şəxslərlə şəxsi mənzilində görüşür - Peskov
Yazı Ölçüsü:

Rusiya prezidenti Vladimir Putin şəxsi mənzilində yalnız onunla xüsusi, dostluq münasibətləri olan dövlət başçılarını qəbul edir.

"PostMedia" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

Qeyd edək ki, noyabrın 11-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar zamanı Putin qeyri-rəsmi şəraitdə söhbəti davam etdirməyi təklif edib.

“Bizim ikinci hissəmiz var. İndi sadəcə qeyri-rəsmi şəraitdə davam edəcəyik, sonra sizi evimə dəvət etmək istəyirəm, oturarıq, bir az çay, qəhvə içərik”, — deyə Rusiya prezidenti bildirib.

Xatırladaq ki, Tokayev Rusiyada dövlət səfərindədir. O, Moskvaya gəlməzdən əvvəl iki ölkə arasında münasibətlərin “hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik” səviyyəsinə qaldırılmasına dair bəyannamə imzalamaq planını açıqlamışdı. Bir gün əvvəl Tokayev və Putin Kremlin binasında iki saata yaxın görüş keçiriblər.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031